6 may 2026. Çərşənbə

“Osasuna” və “Levante” qələbə qazandı


“Osasuna” və “Levante” qələbə qazandı

İspaniya La Liqasının 29-cu turunda “Osasuna” evdə "Jirona" ilə qarşılaşıb.

90deqiqe.Az xəbər verir ki, görüş meydan sahiblərinin minimal – 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç boyu komandalar qol vura bilməsə də, 80-ci dəqiqədə Ante Budimir fərqlənib. Qolun assisti Enrike Barxaa yazılıb. Bu qələbə ilə “Osasuna” 37 xala yüksələrək turnir cədvəlində 9-cu pilləyə qalxıb. “Jirona” isə 34 xalla 12-ci sırada qərarlaşıb.

Eyni gündə “Levante” evdə "Ovyedo" ilə qarşılaşıb və 4:2 hesablı qələbə qazanıb. 25-ci dəqiqədə Karlos Espiin iki qolu ilə “Levante” 2:0 öndə olub. Lakin fasilədən öncə İlyas Şair və Federiko Vinyas hesabı bərabərləşdirib. İkinci hissədə “Levante” üstünlüyü ələ alıb – 52-ci dəqiqədə İker Losada, əlavə vaxtda isə İvan Romero fərqlənərək qələbəni rəsmiləşdirib.







İspaniya L.L.

“Real”ın müdafiəçisi zədələndi
  • İspaniya L.L.
  • 21:22 04.05.2026
“Real”ın müdafiəçisi zədələndi