- İspaniya L.L.
- 16:33 23.03.2026
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Mark Bernal haqqında fikirlərini bildirib.
90deqiqe.Az xəbər verir ki, "Barça Universal" çalışdırıcının dediklərini belə çatdırıb.
"Bernal inkişaf edə bilər və inkişaf edəcək. Amma onun indiyə qədərki oyunları fantastik olub. O, hansı zonaları tutmalı olduğunu dəqiq bilir və hücum qurmaqda bizə çox kömək edir. O, çox ağıllı oyunçudur"
18 yaşlı futbolçu "Barselona" akademiyasının yetirməsidir. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 27 oyunda meydana çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib. "Barselona" İspaniya La Liqasında 29 oyundan sonra 73 xalla turnir cədvəlinə başçılıq edir.