3 oktyabr 2026. Şənbə

"Sevilya" baş məşqçisini istefaya göndərməyi planlaşdırır


"Sevilya" baş məşqçisini istefaya göndərməyi planlaşdırır

“Sevilya” yaxın zamanda baş məşqçi Matiyas Almeydanı vəzifəsindən azad etməyi planlaşdırır.

 90deqiqe.Az-ın məlumatına görə, klub rəhbərliyi 52 yaşlı mütəxəssisi komandanın qaneedici nəticələr göstərməməsi səbəbindən istefaya göndərəcək.

Qeyd edək ki, Almeyda “Sevilya”nı 2025-ci ilin yayından idarə edir. Son dörd milli çempionat matçında argentinalı mütəxəssisin komandası qələbə qazana bilməyib.

Hazırda “Sevilya” argentinalının rəhbərliyi altında İspaniya çempionatının turnir cədvəlində yalnız 15-ci pillədə qərarlaşıb. 29 turdan sonra “Sevilya” 31 xal toplayıb və komandası çıxışdan düşmə zonasına yaxın mövqedədir.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”