18 avqust 2026. Çərşənbə axşamı

Robert Levandovski gələcəyi ilə bağlı danışdı


Robert Levandovski gələcəyi ilə bağlı danışdı

"Barselona"nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı fikirlərini bildirib.

90deqiqe.Az xəbər verir ki, "The Touchline" 37 yaşlı hücumçunun dediklərini belə çatdırıb.

“Müqaviləmlə bağlı vəziyyətdə heç bir dəyişiklik yoxdur. Gələcəyim və seçimlərim barədə düşünmək üçün vaxtım olacaq.”

Polşalı futbolçunun kataloniyalılarla müqaviləsi bu yay başa çatır.

Təcrübəli futbolçu "Barselona"da 184 rəsmi oyun keçirib, 117 qol vurub və 23 məhsuldar ötürmə edib.Hazırda "Barselona" İspaniyanın yüksək liqasında turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan "Real Madrid" isə liderdən dörd xal geri qalır.  







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib