24 iyun 2026. Çərşənbə

"Real" Vinisius Junior ilə müqaviləni uzatmaq istəyir


"Real" Vinisius Junior ilə müqaviləni uzatmaq istəyir

"Real Madrid" klubu hücumçu Vinisius Junior ilə müqavilənin uzadılması istiqamətində fəal iş aparır.

90deqiqe.Az-ın məlumatına görə, İspaniya klubunun rəhbərliyi braziliyalı futbolçunun çıxışından olduqca razıdır. “Kral klubu”nun prezidenti Florentino Perez də şəxsən Vinisiusun komandada qalmasının tərəfdarıdır.

Hazırda tərəflər arasında danışıqlar davam edir və yekun qərar futbolçunun özündən asılı olacaq.

Qeyd edək ki, Vinisius 2018-ci ilin yayından etibarən "Real Madrid" formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 43 oyunda iştirak edib, 17 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 150 milyon avro təşkil edir.







İspaniya L.L.

"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi