24 iyun 2026. Çərşənbə

“Real Madrid" mənə zəng etməyib, bütün iddialar əsassızdır”


“Real Madrid" mənə zəng etməyib, bütün iddialar əsassızdır”

Almaniyalı baş məşqçi Yurgen Klopp "Real Madrid" ilə əlaqələndirən şayiələrə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Yaxşı, gəlin bu barədə danışaq. Bir məlumat nə vaxt həqiqətə çevrilir? Kimsə sadəcə nəsə yazanda, yoxsa doğrudan da ortada konkret nəsə olanda? Mənə Florentino Peres zəng edib deməlidir: ‘Bu, Florentinodur! Yurgen, necəsən?’ Yoxsa süni zəka vasitəsilə ortaya atılan hər hansı boş söz kifayətdir? Bu, məni qıcıqlandırır. Bir az məsuliyyətli olmaq lazımdır. Bunların hamısı cəfəngiyyatdır. "Real Madrid" mənə zəng etməyib. Mən həm də "Atletiko Madrid" klubunu çalışdıraram, özü də eyni vaxtda. Bağışla, ‘Real’, ilk zəng edən siz olmalısınız!”

Qeyd edək ki, alman mütəxəssisin yayda Madrid klubunu çalışdıra biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Klopp isə bu iddialara ironik reaksiya verib:

Əlavə edək ki, Yurgen Klopp 2015–2024-cü illərdə "Liverpul" klubunun baş məşqçisi olub.







İspaniya L.L.

"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"
Sebalyos "Real Madrid"dən ayrılır
  • İspaniya L.L.
  • 23:09 17.06.2026
Sebalyos "Real Madrid"dən ayrılır
Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi