25 mart 2026. Çərşənbə

"Oğlum potensialının 20%-ni belə göstərə bilməyib"


"Oğlum potensialının 20%-ni belə göstərə bilməyib"

“Barselona” və İspaniya milli komandasının hücumçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun oyununu şərh edib.

90deqiqe.Az xəbər verir ki, "The Touchline" Munirin dediklərini belə çatdırıb.

“Oğlum hələ futbol bacarıqlarının 20%-ni belə göstərməyib. Mən heç vaxt oğlumu heç kimlə müqayisə etmirəm – yalnız özünü ilə müqayisə edirəm. O, artıq olduğundan daha yaxşı olmağa çalışsın. Özünü heç kimlə müqayisə etməsinə ehtiyac yoxdur”

2025/2026 mövsümündə Lamin Yamal “Barselona” üçün 40 rəsmi oyunda çıxış edib. 18 yaşlı futbolçunun hesabında 21 qol və 16 məhsuldar ötürmə var. Katalon klubu La Liqa cədvəlində liderdir və ikinci sıradakı “Real”dan dörd xal öndədir. Etibarlı Transfermarkt portalı Yamalın bazar dəyərini 200 milyon avro qiymətləndirir.







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı