- İspaniya L.L.
- 23:55 26.03.2026
İspaniya çempionatında Madrid derbisi baş tutub.
90deqiqe.Az-ın "Tiempo de Juego"ya istinadən məlumatına görə, “Real” öz meydanında “Atletiko” üzərində 3:2 hesablı qələbə qazanıb. Oyunda diqqət çəkən məqamlardan biri fransalı hücumçu Kilian Mbappenin start heyətində yer almaması olub.
Məlumata əsasən, 25 yaşlı forvard baş məşqçi Alvaro Arbeloanın bu qərarını başa düşməyib. O, matçdan əvvəl keçirilən iclasdan sonra məşqçiyə fərdi şəkildə müraciət edərək səbəbləri öyrənmək istəyib.
Qeyd edək ki, Kilian Mbappe dizindəki zədə səbəbindən bir neçə görüşü buraxmışdı. Futbolçu sonradan “Mançester Siti” və “Atletiko” ilə qarşılaşmalarda ehtiyatdan oyuna qoşulub.
Hazırda “Real” La Liqada ikinci pillədə qərarlaşıb.