- İspaniya L.L.
- 23:58 27.03.2026
“Barselona” üçün mövsümün həlledici mərhələsində ciddi itki baş verib.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisinin kapitanı Rafinya Braziliya millisinin Fransa yığmasına 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada zədələnib. Aparılan müayinələr nəticəsində futbolçunun təxminən 5 həftə müddətində meydanlardan kənarda qalacağı müəyyən edilib.
Mövsümün başa çatmasına az vaxt qaldığı bir dövrdə bu xəbər komanda üçün ciddi zərbə hesab olunur. Hazırda ölkə birinciliyində ən yaxın izləyicisini 4 xal qabaqlayan “Barselona” eyni zamanda Avropanın ən nüfuzlu klub yarışında da mübarizəsini davam etdirir və dörddəbir final mərhələsinə yüksəlib.
Milli komandaların oyunlarından sonra Kataloniya təmsilçisini gərgin oyun qrafiki gözləyir. Belə ki, komanda 22 gün ərzində 6 oyuna çıxacaq. Bu qarşılaşmaların üçündə rəqib Madrid təmsilçisi “Atletiko” olacaq.