18 aprel 2026. Şənbə

“Eyni anda həm klub sahibi, həm prezident ola bilmərəm”


“Eyni anda həm klub sahibi, həm prezident ola bilmərəm”

"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike Kataloniya klubunda keçiriləcək növbəti prezident seçkilərində namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, onun sözlərinə görə, klub sahibi olduğu halda hər hansı idarəçi vəzifəyə iddia etməsi uyğun sayılmır.

“Barselonanın prezidenti postuna namizəd olacağammı? Bu gün bu suala cavab verə bilmərəm. “Andorra” klubunun sahibi olduğumu nəzərə alsaq, hər hansı vəzifəyə namizədliyimi irəli sürməyim çətin görünür. Çünki eyni anda həm klub sahibi, həm də prezident olmaq mümkün deyil.

Belə bir addım atmaq üçün çox şey dəyişməlidir. 2018-ci ildə “Andorra”ya gəldiyim zaman komanda beşinci liqada çıxış edirdi. Həmin vaxt demişdim ki, bir gün Çempionlar Liqasının himnini eşidəcəyik. O zaman beşinci liqada idik, indi isə artıq ikinci liqadayıq. Qarşıda demək olar ki, mümkünsüz görünən bir hədəf var, lakin bunun üçün mübarizə aparacağam”, – - deyə Pike DJMarionun YouTube kanalında bildirib.

Hazırda sabiq futbolçu İspaniyada çıxış edən Andorra klubunun sahibidir. Komanda Sequnda divizionunda 13-cü pillədə qərarlaşıb.







İspaniya L.L.

“Futbol həmişə ədalətli olmur”
  • İspaniya L.L.
  • 23:58 17.04.2026
“Futbol həmişə ədalətli olmur”
Rüdiger “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 23:38 17.04.2026
Rüdiger “Real Madrid”də qalır
"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”