- İspaniya L.L.
- 22:41 31.03.2026
"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes pullar və xərclər barədə düşüncələrini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, gənc futbolçu pul xərcləmə tərzi insanın xarakterinizdən asılı olduğunu bildirib.
“Pul xərcləmə tərziniz sizin xarakterinizdən asılıdır. Yoldaşımın "Lamborghini"si olması o demək deyil ki, mənə də lazımdır. Karyeramı bitirdikdən sonra maliyyəni idarə etməli və aktiv qalmalı olacağam, amma bu barədə indi çox düşünmürəm. Özümü pul yığan biri hesab edirəm və onların qazanılmasının nə qədər çətin olduğunu bilirəm. Pul xərcləmək mənə çətindir, amma əgər bir şey məni həqiqətən cəlb edirsə və onu almağa gücüm çatırsa, alaram”.
Fermin Lopes “Barselona” ilə müqaviləsi 30 iyun 2031-ci ilə qədər qüvvədədir. Cari mövsümdə yarımmüdafiəçi 39 oyunda iştirak edib, 12 qol vurub və 16 məhsuldar ötürmə edib.