18 avqust 2026. Çərşənbə axşamı

"Mən məşqçi olmayacağam"


"Mən məşqçi olmayacağam"

“Barselona”nın sabiq müdafiəçisi Xerard Pike məşqçi karyerasına başlamaq niyyətində olmadığını açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı futbolçu bildirib ki, özünü heç vaxt məşqçi rolunda görməyib:

“Özümü heç vaxt məşqçi kimi təsəvvür etməmişəm. Bu peşədə şişirdilmiş eqolarla işləmək, daimi məşqlər və səfərlər var – bunların heç biri mənlik deyil. Karyeramı başa vurduqdan sonra futboldan bir qədər uzaqlaşmaq istədim və yaxın gələcəkdə bu qərarımın dəyişəcəyini düşünmürəm”, – deyə o qeyd edib.

İspaniyalı sabiq futbolçu 2022-ci ilin sonunda peşəkar karyerasını başa vurub.

Qeyd edək ki, Xerard Pike “Barselona”nın heyətində 600-dən çox oyuna çıxıb. O, Kataloniya təmsilçisi ilə 9 dəfə İspaniya çempionu olub, 4 dəfə isə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib