- İspaniya L.L.
- 23:39 02.04.2026
"Real Madrid" klubunun cinah hücumçusu Vinisius Junior komandanın "Malyorka" ilə keçirəcəyi növbəti oyunu buraxmaq riski ilə üz-üzədir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “AS” nəşri məlumat yayıb.
Bundan əvvəl mətbuatda vingerin Braziliya millisinin düşərgəsində narahatlıq hiss etdiyi bildirilmişdi. Vəziyyətin o qədər də ciddi olmadığı məlum olub – Vinisiusa həddindən artıq yorğunluq diaqnozu qoyulub.
Buna baxmayaraq, hücumçu cümə axşamı komandaya istirahət verilməsinə rəğmən məşqdə iştirak edib. Qeyd olunur ki, Alvaro Arbeloa futbolçunu Çempionlar Liqasının dörddəbir final mərhələsində "Bavariya" ilə vacib oyun öncəsi qorumağı planlaşdırır.
Cari mövsümdə Vinisius bütün turnirlərdə keçirdiyi 43 oyunda 17 qol vurub və 13 məhsuldar ötürmə edib.