3 aprel 2026. Cümə

"Ançelottini ailəmin üzvü hesab edirəm"


"Ançelottini ailəmin üzvü hesab edirəm"

"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde hazırda Braziliya millisinin məşqçisi olan "Real Madrid"in keçmiş baş məşqçisi Karlo Ançelotti haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, "Madrid Ekstra" futbolçunun dediklərini belə çatdırıb.

"Ançelotti mənə futbolçu kimi böyüməyimdə kömək etdi, futbol dünyasında parlamağımda kömək etdi, özümə inanmağımda kömək etdi. Mən onu ailəm hesab edirəm. Onu çox sevirəm. Ümid edirəm ki, bir gün yenidən görüşərik. Birlikdə işlədiyim bütün məşqçilər arasında Ançelotti ən çox yönlüdür"

Karlo Ançelotti 2013-cü ildən 2015-ci ilə qədər və 2021-ci ildən 2025-ci ilə qədər "Real Madrid"i çalışdırıb. Onun rəhbərliyi altında "Los Blancos" üç Çempionlar Liqası titulunu da daxil olmaqla 15 kubok qazanıb.







İspaniya L.L.

“O, əsl əfsanədir”
  • İspaniya L.L.
  • 22:53 02.04.2026
“O, əsl əfsanədir”
"Mən məşqçi olmayacağam"
  • İspaniya L.L.
  • 12:18 01.04.2026
"Mən məşqçi olmayacağam"