6 aprel 2026. Bazar ertəsi

Joan Laporta sıx oyun qrafikindən narazılığını ifadə edib


Joan Laporta sıx oyun qrafikindən narazılığını ifadə edib

“Barselona” klubunun prezidenti Joan Laporta oyunçuların sıx qrafik səbəbindən zədələnməsindən narazılıq edib.

90deqiqe.Az xəbər verir ki, "Mon Esporta" funksionerin dediklərini belə çatdırıb.

“FİFA oyun qrafikini dəyişməlidir, çünki futbolçular böyük klublarda çıxış edirlər. Bu, sadəcə yoldaşlıq oyunu idi və komandamızın ən yaxşı oyunçularından biri zədələndi. Əlbəttə, bu, əsəbimizi tarazlaşdırır. Oyunçuları günahlandırmaq olmaz – onlar peşəkardır və tam gücləri ilə ölkələri üçün çıxış edirlər. Problem mövsümün ortasında sıx qrafikdədir, bütün yarışların taleyi hələ müəyyən edilməyib. Bu, çox əsəbi vəziyyətdir”

“Barselona”nın əsas oyunçularından Rafinya Dias Braziliya millisindəki yoldaşlıq görüşündə zədələnib və təxminən bir ay meydançadan kənarda qalacaq.

Qeyd edək ki, 4 apreldə “Barselona” La Liqada “Atletiko” ilə qarşılaşacaq, 8 və 14 apreldə isə Çempionlar Liqasında “matrasniklər”lə oyunlar keçirəcək.







İspaniya L.L.

"Betis" evdə xal itirdi
  • İspaniya L.L.
  • 22:43 04.04.2026
"Betis" evdə xal itirdi
“Bu məğlubiyyət tam mənə aiddir”
  • İspaniya L.L.
  • 22:38 04.04.2026
“Bu məğlubiyyət tam mənə aiddir”
“Real” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 22:17 04.04.2026
“Real” səfərdə uduzdu