- İspaniya L.L.
- 23:39 02.04.2026
“Barselona”nın prezidenti Joan Laporta baş məşqçi Hans-Diter Fliklə yeni müqavilə barədə danışıqların necə və nə vaxt keçiriləcəyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Barca Universal" funksionerin dediklərini belə çatdırıb.
“Biz mövsümün sonunda Fliklə sakit şəkildə yeni müqaviləni müzakirə edəcəyik – indi ona buna ehtiyac yoxdur. O, çox dürüst və peşəkar mütəxəssisdir və müqavilənin uzadılmasını tam şəkildə haqq edir. Lakin qərar verməzdən əvvəl hər şeyi diqqətlə analiz etməlidir”
Hazırda alman mütəxəssislə bağlanmış müqavilə 2027-ci ilin ortasına qədər qüvvədədir. Tərəflər razılaşmayı bir il daha uzatmağı planlaşdırır.
“Barselona” La Liqada liderliyini qoruyur, Çempionlar Liqasında isə artıq dörddəbir finala yüksələrək Madridin “Atletiko”su ilə qarşılaşacaq.