- İspaniya L.L.
- 23:59 03.04.2026
Şənbə axşamı “Barselona” İspaniya çempionatında səfərdə “Atletiko” ilə qarşılaşacaq.
90deqiqe.Az-ın məlumatına görə, oyundan öncə kataloniyalıların baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında fikirlərini bölüşüb.
“Bu, La Liqa və Avropanın ən güclü komandalarından birinə qarşı oyundur. Onların heyətində çox keyfiyyətli oyunçular var və hər bir futbolçu görüşün taleyini həll edə bilər. Önəmli olan əvvəlki səfər oyununda etdiyimiz qədər səhvlərə yol verməməkdir. Bu günkü məşqimiz məni qane etdi. Qarşımızda iki çox vacib ay var”, – Flik bildirib.
Qeyd edək ki, “Barselona” yaxınlarda İspaniya Kubokunda səfərdə “Atletiko”ya 0:4 hesabı ilə uduzub. Matç aprelin 4-də saat 23:00-da başlayacaq.