5 aprel 2026. Bazar günü

“Real” səfərdə uduzdu


“Real” səfərdə uduzdu

İspaniya La Liqasının 30-cu turunda “Malyorka” ilə Madrid “Real”ı üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüş Palma-de-Malyorkadakı “Malyorka Son Moiq” stadionunda baş tutub. Matçın baş hakimi Xose Sançes Martinez olub.

Ev sahibləri matçı 2:1 hesabı ilə qələbə ilə başa vurub.

Matçın ilk qolunu “Malyorka”nın yarımmüdafiəçisi Manu Morlanes 41-ci dəqiqədə vurub. Qonaqların müdafiəçisi Eder Militao 88-ci dəqiqədə hesabı bərabərləşdirsə də, 90+2-ci dəqiqədə ev sahiblərinin hücumçusu Vedat Muriki yekun hesabı müəyyən edib – 2:1.

30 turdan sonra Madrid “Real”ı 69 xalla ikinci pillədə qərarlaşıb. “Malyorka” isə düşmə zonasını tərk edərək 15-ci sıradadır və komanda 31 xal toplayıb.

Növbəti turda Alvaro Arbeloanın rəhbərlik etdiyi “Real” 10 aprel tarixində evdə “Xirona” ilə qarşılaşacaq. “Malyorka” isə 12 aprel tarixində “Rayo Valyekano” ilə üz-üzə gələcək.







İspaniya L.L.

"Betis" evdə xal itirdi
  • İspaniya L.L.
  • 22:43 04.04.2026
"Betis" evdə xal itirdi
“Bu məğlubiyyət tam mənə aiddir”
  • İspaniya L.L.
  • 22:38 04.04.2026
“Bu məğlubiyyət tam mənə aiddir”
“Real” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 22:17 04.04.2026
“Real” səfərdə uduzdu