- İspaniya L.L.
- 01:16 05.04.2026
İspaniya çempionatının 30-cu turu çərçivəsində "Betis" doğma meydanda "Espanyol" komandasını qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmada qalib müəyyənləşməyib – oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
İlk hissədə meydan sahibləri topa nəzarətdə aşkar üstünlük əldə etsələr də, bu üstünlüyü hesabda əks etdirə bilməyiblər. Fasilədən sonra Betis rəqib qapısı önündə təzyiqi artıraraq ardıcıl hücumlar təşkil edib. Lakin "Espanyol" müdafiədə inamlı çıxış edərək qapısını toxunulmaz saxlayıb.
Bu nəticədən sonra "Betis" xallarının sayını 45-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. "Espanyol" isə 38 xalla 9-cu sırada yer alır.