7 aprel 2026. Çərşənbə axşamı

"Mənim üçün bu, qırmızı vərəqə deyil"


"Mənim üçün bu, qırmızı vərəqə deyil"

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 30-cu turunda “Atletiko” üzərində 2:1 hesablı qələbədən sonra fikirlərini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, o, hakim Mateo Buskets Ferrerin VAR köməyi ilə qonaqların müdafiəçisi Jerard Martinə verilmiş qırmızı vərəqəni ləğv etməsini şərh edib.

“Oyunu tam nəzarətdə saxladıq və üç xal qazandıq, bu ən vacib idi. Lamin Yamal əsəbiləşmişdi, çünki qol vurmaq və ya qolu təmin edəcək ötürmə etmək istəyirdi, amma bu baş vermədi. Bu normaldır. Qol vurmaq üçün bir neçə vəziyyətimiz oldu, çox emosional oyun keçdi.

Jerard Martinlə bağlı insidenti təkrar baxışda görmədim. Canlı izlədim, o, topa birinci çatdı, mənim üçün bu qırmızı vərəqə deyildi.

Sabah Araujo və Bernalın vəziyyətinə baxacağıq, müayinələrin nəticələrini görəcəyik. Düşünmürəm ki, ciddi xəsarətlərdir. Ümid edək ki, ciddi bir şey yoxdur”.

30 oyundan sonra “Barselona” 76 xalla turnir cədvəlində birinci yeri tutur. “Atletiko” isə 57 xalla dördüncü pillədə qərarlaşıb.

Növbəti turda Flikin komandası 11 aprel tarixində ev oyununda “Espanyol”la qarşılaşacaq. Eyni gün Diego Simeonenin rəhbərlik etdiyi “Atletiko” isə səfərdə “Sevilya” ilə üz-üzə gələcək.







İspaniya L.L.

"Betis" evdə xal itirdi
  • İspaniya L.L.
  • 22:43 04.04.2026
"Betis" evdə xal itirdi
“Bu məğlubiyyət tam mənə aiddir”
  • İspaniya L.L.
  • 22:38 04.04.2026
“Bu məğlubiyyət tam mənə aiddir”
“Real” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 22:17 04.04.2026
“Real” səfərdə uduzdu