- İspaniya L.L.
- 23:58 05.04.2026
İspaniya çempionatının 30-cu turunda “Ovyedo” evdə “Sevilya” ilə qarşılaşıb. .
90deqiqe.Az xəbər verir ki, matç 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Qələbə qolunu 32-ci dəqiqədə Federiko Vinyas vurub, ona Alberto Reyna assist edib. Qolundan bir qədər əvvəl “Sevilya” 10 nəfərlik qalmışdı – Tangi Kuassi qırmızı vərəqə almışdı. Say üstünlüyünü ələ keçirən “Ovyedo” oyunu rahat idarə edərək matçı qalibiyyətlə tamamlayıb.
Bu qələbə ilə “Ovyedo”nun aktivində 24 xal olub, lakin komanda hələ də La Liqa cədvəlinin son pillələrində yer alır. “Sevilya” isə 31 xalla 16-cı sıradadır.