10 aprel 2026. Cümə

Raul Asensio heyətdən kənarda qalmasına münasibət bildirdi


Raul Asensio heyətdən kənarda qalmasına münasibət bildirdi

"Real Madrid" klubunun müdafiəçisi Raul Asensio son oyunlarda heyətə düşməməsi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.

“Bunu Alvaro Arbeloadan soruşmalısınız”

Futbolçu sonuncu dəfə martın 7-də İspaniya çempionatının 27-ci turunda Seltaya qarşı keçirilən və “Real”ın 2:1 hesablı qələbəsi ilə başa çatan matçda meydana çıxıb. Asensio həmin görüşdə 90 dəqiqə oynayıb.

Cari mövsümdə Asensio klub səviyyəsində bütün yarışlarda 30 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 30 iyun 2031-ci ilə qədər qüvvədədir.







İspaniya L.L.

“Qavi komandamızın ruhudur”
  • İspaniya L.L.
  • 22:11 07.04.2026
“Qavi komandamızın ruhudur”