10 aprel 2026. Cümə

Levandovski “Barselona”da gələcəyi ilə bağlı qərarını dəyişdi


Levandovski “Barselona”da gələcəyi ilə bağlı qərarını dəyişdi

"Barselona"nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı fikrini dəyişib.

90deqiqe.Az-ın "Cadena SER"ə istinadən məlumatına görə, polşalı futbolçu Kataloniya klubu ilə müqavilənin uzadılmasını artıq prioritet hesab etmir. Bildirilir ki, Levandovski özünü dəyərləndirilməmiş hiss edir.

37 yaşlı forvard oyun vaxtının məhdud olmasından və gələcəyi ilə bağlı qərarın gecikməsindən narazıdır.

Onun mümkün seçimləri arasında seçimləri arasında "Milan", MLS və Səudiyyə Ərəbistanı var.

37 yaşlı futbolçunun aprelin sonu və ya mayın əvvəlində yekun qərar verəcəyi gözlənilir.

Levandovskinin hazırkı müqaviləsinə əsasən, o, iyunun sonuna qədər "Barselona"da qalacaq.







İspaniya L.L.

“Qavi komandamızın ruhudur”
  • İspaniya L.L.
  • 22:11 07.04.2026
“Qavi komandamızın ruhudur”