10 aprel 2026. Cümə

“Messinin qayıdışı ilə bağlı yayılanlar sadəcə şayiədir”


“Messinin qayıdışı ilə bağlı yayılanlar sadəcə şayiədir”

İspaniyanın "Barselona" klubunun idman direktoru Lionel Messihücumçu Lionel Messinin mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın “Sport”a istinadən məlumatına görə, o, bu mövzunun uzun müddətdir müzakirə olunduğunu qeyd edərək belə deyib:

“Bu çətin məsələdir. Seçki kampaniyası zamanı da çox müzakirə olunurdu və onun adı daim çəkilirdi. Messi ‘Barselona’nın tarixində ən yaxşı futbolçudur, mənim fikrimcə isə o, futbol tarixinin ən yaxşısı və ya ən yaxşılarından biridir.

Biz istəyərdik ki, futbol hər mənada əbədi olsun. Davam etməsini istədiyimiz çox şey var, amma hər şeyin sonu olur. Hər şeyin başlanğıcı, inkişafı və sonu var və bu barədə spekulyasiyalar mənə mənasız görünür.

Mənim 2023-cü ildə gəlişimdən sonra onun qayıdışı ilə bağlı heç vaxt rəsmi müzakirə olmayıb. Nə Messi, nə də onun nümayəndələri mənə zəng edib ‘qayıtmaq istəyirəm’ deməyiblər. Bunlar sadəcə şayiələrdir”.

 







İspaniya L.L.

“Qavi komandamızın ruhudur”
  • İspaniya L.L.
  • 22:11 07.04.2026
“Qavi komandamızın ruhudur”