- İspaniya L.L.
- 01:12 11.04.2026
İspaniya La Liqasının 2025/2026 mövsümünün 31-ci turunda "Real Madrid" klubu öz meydanında "Jirona" ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Madrid şəhərində yerləşən “Santyaqo Bernabeu” stadionunda baş tutub. Matçın baş hakimi Xavyer Alberola Roxas olub. Oyun 1:1 hesabı ilə başa çatıb.
51-ci dəqiqədə “Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde hesabı açıb. 62-ci dəqiqədə isə qonaqların futbolçusu Toma Lemar tarazlığı bərpa edib.
Bu nəticədən sonra “Real Madrid” 31 oyundan sonra 70 xal toplayaraq ikinci pillədə qərarlaşıb. “Jirona” isə 38 xalla 12-ci yerdədir.
Qeyd edək ki, əvvəlki turda Alvaro Arbeloanın komandası “Mayorka”ya 1:2 hesabı ilə məğlub olmuşdu. Növbəti turda “Real Madrid” 21 apreldə “Alaves”lə qarşılaşacaq.
“Jirona” isə son turda “Vilyarreal”ı 1:0 hesabı ilə məğlub etmişdi və növbəti oyunda “Betis”lə üz-üzə gələcək.