11 aprel 2026. Şənbə

“Atletiko” Alvares üçün rekord müqavilə planlaşdırır


“Atletiko” Alvares üçün rekord müqavilə planlaşdırır

Madridin “Atletiko” klubu komandanın hücumçusu Xulian Alvareslə müqavilənin müddətini uzatmaq üçün iş aparır.

90deqiqe.Az-ın "Topskills Sports UK"a istinadən məlumatına görə,  “matrasçılar” Alvaresi komandada ən yüksək maaş alan futbolçulardan birinə çevirməyə hazırdır. Klubun heç bir halda hücumçunun satışı ilə bağlı danışıqlara getmək niyyətində olmadığı vurğulanıb.

Bundan əlavə, “Atletiko” argentinalı futbolçunun müqaviləsindəki sərbəstqalma məbləğini 500 milyon avrodan 1 milyard avroya qədər artırmağı planlaşdırır.

Cari mövsümdə 26 yaşlı Alvares bütün turnirlər daxil olmaqla 45 oyunda iştirak edib, 18 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.







İspaniya L.L.

“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”
Yamal üçün yaxşı xəbər
  • İspaniya L.L.
  • 18:16 11.04.2026
Yamal üçün yaxşı xəbər
"Real"dan vacib xal itkisi
  • İspaniya L.L.
  • 01:12 11.04.2026
"Real"dan vacib xal itkisi