11 aprel 2026. Şənbə

Yamal üçün yaxşı xəbər


Yamal üçün yaxşı xəbər

“Barselona”nın hücumçusu Lamin Yamal ciddi zədə almayıb.

90deqiqe.Az-ın "Barça Universal"a istinadən məlumatına görə, 18 yaşlı futbolçu məşq prosesini vaxtından əvvəl tərk etsə də, tibbi müayinədən sonra onda heç bir zədə aşkarlanmayıb.

Bununla belə, onun qarşıdakı “Espanyol”la oyunda meydana çıxıb-çıxmayacağı hələ də dəqiq deyil. Bildirilir ki, komandanın baş məşqçisi Hans-Diter Flik gənc futbolçuya istirahət verməyi də nəzərdən keçirə bilər.

Cari mövsümdə Yamal bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 21 qol vurub və 16 məhsuldar ötürmə edib. İspaniya çempionatının 31-ci turunda “Barselona” – “Espanyol” görüşü 11 apreldə keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.







İspaniya L.L.

“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”
Yamal üçün yaxşı xəbər
  • İspaniya L.L.
  • 18:16 11.04.2026
Yamal üçün yaxşı xəbər
"Real"dan vacib xal itkisi
  • İspaniya L.L.
  • 01:12 11.04.2026
"Real"dan vacib xal itkisi