11 aprel 2026. Şənbə

“42 xal hədəfimizdir”


“42 xal hədəfimizdir”

“Jirona”nın yarımmüdafiəçisi Toma Lemar Madrid “Real”ı ilə oyundan sonra fikirlərini bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" futbolçunun dediklərini belə çatdırıb.

“Sevinirəm. İndi oyun-oyun irəliləyəcəyik və 42 xal toplamağa çalışacağıq. Ondan sonra isə nə olacağını görəcəyik”

O, həmçinin vurduğu qolu və oyunun gedişini də şərh edib: “Zərbədən əvvəl bir az gözlədim və bu nəticə verdi. İlk hissə bizim üçün çətin keçdi, amma fasilədən sonra oyunumuzu yaxşılaşdırdıq. Topa daha çox nəzarət etdik. Bu bizim üslubumuzdur və ona sadiq qalmalıyıq”.

İspaniya La Liqasının 31-ci turu çərçivəsində 10 apreldə keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Hazırda “Jirona” 38 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb və yüksək liqada qalmağı demək olar ki, təmin etməyə yaxındır. Lakin futbolçu mövsümün sonuna qədər diqqətli olmağa çağırıb.

Qeyd edək ki, Toma Lemar “Atletiko”dan icarə əsasında “Jirona”da çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm 21 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.







İspaniya L.L.

“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”
Yamal üçün yaxşı xəbər
  • İspaniya L.L.
  • 18:16 11.04.2026
Yamal üçün yaxşı xəbər
"Real"dan vacib xal itkisi
  • İspaniya L.L.
  • 01:12 11.04.2026
"Real"dan vacib xal itkisi