11 aprel 2026. Şənbə

“Real” İspaniya Futbol Federasiyasının layihəsində iştirakdan imtina edib


“Real” İspaniya Futbol Federasiyasının layihəsində iştirakdan imtina edib

Madridin “Real” klubu İspaniya Kral Futbol Federasiyasının (KFF) hakimlik sisteminin islahatı ilə bağlı layihəsində iştirakdan imtina edib.

90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, “Kral klubu”nun baş direktoru Xose Anxel Sançes quruma artıq bu istiqamətdə keçirilən görüşlərə qatılmayacaqlarını bildirib. 

Mənbənin bildirdiyinə görə, klub La Liqanı hakimlik baxımından ədalətsiz turnir hesab edir. “Real”ın bu mövqeyi xüsusilə 31-ci turda “Jirona” ilə keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra daha da güclənib. Həmin matçda Kilian Mbappeyə qarşı qayda pozuntusuna görə penalti təyin olunmaması klubda narazılıq yaradıb.

Qeyd olunur ki, Madrid təmsilçisi həmin epizodun VAR tərəfindən də düzəldilməməsini anlaşılmaz hesab edir.

Hazırda “Real” ilə KFF arasında münasibətlərin tamamilə gərgin olduğu bildirilir. Klubun federasiya ilə əlaqələri normallaşdırmaq niyyətində olmadığı vurğulanır.







İspaniya L.L.

“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”
Yamal üçün yaxşı xəbər
  • İspaniya L.L.
  • 18:16 11.04.2026
Yamal üçün yaxşı xəbər
"Real"dan vacib xal itkisi
  • İspaniya L.L.
  • 01:12 11.04.2026
"Real"dan vacib xal itkisi