- İspaniya L.L.
- 22:34 11.04.2026
İspaniya La Liqasının 31-ci turunda “Barselona” və “Espanyol” komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, “Kamp Nou” stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün baş hakimi Alexandro Ernandes olub.
Hesabı 10-cu dəqiqədə Ferran Torres açıb. Hücumçu 25-ci dəqiqədə ikinci qolu vuraraq dubla imza atıb. Qonaqların heyətində Pol Lozano 56-cı dəqiqədə fərqi azaldıb. 87-ci dəqiqədə Lamine Yamal fərqlənib, iki dəqiqə sonra isə Markus Reşford dördüncü qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra “Barselona” 31 oyundan topladığı 79 xalla turnir cədvəlinin lideridir. “Espanyol” isə 38 xalla 10-cu pillədə qərarlaşıb.
Növbəti turda “Espanyol” öz meydanında “Levante”ni qəbul edəcək (27 aprel), “Barselona” isə səfərdə “Xetafe” ilə qarşılaşacaq (25 aprel).