17 may 2026. Bazar günü

“Bu hələ son deyil”


“Bu hələ son deyil”

İspaniya La Liqasının 31-ci turunda “Espanyol” üzərində 4:1 hesablı qələbədən sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının oyunu və çempionluq mübarizəsi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "AS" çalışdırıcının dediklərini belə çatdırıb.

“Birinci hissədə dominant idik və 2:0 öndə idik. Hər şey aydın görünürdü, amma hesab 2:1 olduqdan sonra oyun dəyişdi. Biz daha yaxşı oynaya bilərik”.

Mütəxəssis Ferran Torresin çıxışını da xüsusi qeyd edib: “Onun üçün sevinirəm. O, yaxşı formadadır, bunu məşqlərdə də görürəm. Təbii ki, qollar onu sevindirir”.

Flik ikinci hissədə edilən dəyişikliklərə də toxunub: “Olmo və de Yonq meydançaya daxil oldu ki, topa daha çox nəzarət edək”.

Baş məşqçi çempionluq yarışına da münasibət bildirib: “Bu, hələ son deyil. Biz öz işimizi görməliyik. Hər şey həll olunub demək düzgün deyil. Biz ən yaxşı futbolumuzu göstərməliyik. Komandanın əhval-ruhiyyəsi vacibdir və biz işləməyə davam edəcəyik. Çərşənbə axşamı bunu sübut etmək istəyirəm”.

Qeyd edək ki, hazırda “Barselona” 79 xalla turnir cədvəlinə başçılıq edir, “Espanyol” isə 38 xalla 10-cu pillədədir.







İspaniya L.L.

Qvardiola 41-ci titulunu qazandı
  • İspaniya L.L.
  • 23:33 16.05.2026
Qvardiola 41-ci titulunu qazandı
 “Valensiya” evdə xal itirdi
  • İspaniya L.L.
  • 23:47 14.05.2026
“Valensiya” evdə xal itirdi
Mbappe “Real”ın heyətinə qayıtdı
  • İspaniya L.L.
  • 21:51 14.05.2026
Mbappe “Real”ın heyətinə qayıtdı