- İspaniya L.L.
- 01:58 19.04.2026
“Barselona”nın hücumçusu Robert Levandovski komandasının Çempionlar Liqasından erkən ayrılması barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, polşalı hücumçu bildirib ki, futbolda hər zaman nəyinsə çatışmadığı hallar olur:
“Futbolda daim nəyinsə çatışmadığını görürsən. Aydındır ki, bizim potensialımız var. Komandada qələbə qazanmaq istəyən çoxlu iddialı futbolçular var. Bəzən rəqibdən üstün oynasan da uduzursan. Futbol həmişə ədalətli olmur. Bu, çox ağrılıdır. Qalib gəlmək, yarımfinala yüksəlmək istəyirdik. Amma belə hallar olur”, – deyə 37 yaşlı hücumçu bildirib.
Qeyd edək ki, “mavi-qırmızılar” 1/4 final mərhələsində “Atletiko Madrid”ə ümumi nəticəyə görə uduzaraq turnirlə vidalaşıb.
İlk oyunda öz meydanında 0:2 hesabı ilə məğlub olan Kataloniya təmsilçisi cavab görüşündə Madriddə 2:1 hesablı qələbə qazansa da, bu yarımfinala yüksəlmək üçün kifayət etməyib.
Əlavə edək ki, “Barselona” 2015-ci ildən bəri Çempionlar Liqasının qalibi ola bilmir.