19 aprel 2026. Bazar günü

“Çempionlar Liqasından çıxmaq üzücüdür, amma...”


“Çempionlar Liqasından çıxmaq üzücüdür, amma...”

“Barselona”nın qapıçısı Voyçex Şesni komandasının Çempionlar Liqasından çıxması və mövsümün qalan hissəsi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli qolkiper bildirib ki, komanda hər iki oyunda kifayət qədər güc sərf etsə də, nəticə əldə etmək mümkün olmayıb:

“Təəssüf ki, iki oyunda da komandanın səyləri kifayət etmədi. Özümüzə inamı qorumaq və La Liqanı qazanmaq lazımdır – mövsümün qalan hissəsində əsas məqsəd budur. Bütün diqqəti çempionata yönəltmək lazımdır. Təbii ki, Çempionlar Liqasından çıxmaq üzücüdür, çünki turniri qazanmaq istəyirdik, amma komandanın göstərdiyi mübarizədən qürur duyuram. İndi məğlubiyyəti ləyaqətlə qəbul edib yolumuza davam etməliyik”, – deyə qapıçı bildirib.

Qeyd edək ki, Kataloniya təmsilçisi 1/4 final mərhələsində “Atletiko Madrid”ə qarşı iki oyunun nəticəsinə görə turnirdən kənar qalıb. İlk görüşdə 0:2 hesabı ilə uduzan “mavi-qırmızılar” cavab matçında 2:1 hesablı qələbə qazansa da, bu yarımfinala yüksəlmək üçün kifayət etməyib.

Əlavə edək ki, “Barselona” hazırda İspaniya La Liqasında liderdir və finişə 7 tur qalmış “Real Madrid”i 9 xal qabaqlayır.







İspaniya L.L.

“Futbol həmişə ədalətli olmur”
  • İspaniya L.L.
  • 23:58 17.04.2026
“Futbol həmişə ədalətli olmur”
Rüdiger “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 23:38 17.04.2026
Rüdiger “Real Madrid”də qalır
"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”