- İspaniya L.L.
- 23:12 20.04.2026
Madrid “Real”ının və İspaniya millisinin keçmiş futbolçusu Fernando Yerro “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahın “kral klubu”na mümkün keçidi barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, "ON Sport" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Onu "Real Madrid"də görmək istərdim. Futbolda hər şey mümkündür, belə transfer də daxil. Salah hər baxımdan inanılmaz futbolçudur. Onun kimi oyunçular "Real" və ya "Barselona" səviyyəli klublara keçərsə, çempionatın marağı daha da artar”
Qeyd edək ki, Salah “Liverpul”da son mövsümünü keçirir.
Əlavə edək ki, Məhəmməd Salah karyerası ərzində İtaliya çempionatında çıxış edib, lakin İspaniyada heç vaxt oynamayıb.