18 avqust 2026. Çərşənbə axşamı

“Uğur təkcə titullarla ölçülmür, oyun üslubu da vacibdir”


“Uğur təkcə titullarla ölçülmür, oyun üslubu da vacibdir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın oyun üslubunun əhəmiyyəti barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, alman çalışdırıcı bildirib ki, uğur yalnız titullarla ölçülmür:

“İş təkcə kuboklarda deyil, həm də necə oynamağımızdadır. Stil də çox vacibdir – bu barədə mənə prezident də məktub yazıb. Oyun üslubu da uğurun bir hissəsidir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Kataloniya təmsilçisi hazırda La Liqada çempionluğun əsas favoriti sayılır. “Barselona” turnir cədvəlində birinci pillədə qərarlaşıb və Madrid “Real”ını 9 xal qabaqlayır.

Komanda 22 apreldə 32-ci tur çərçivəsində “Selta” ilə qarşılaşacaq.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib