22 aprel 2026. Çərşənbə

“Barselona” Reşfordu almaqdan imtina edə bilər


“Barselona” Reşfordu almaqdan imtina edə bilər

“Barselona” hücumçu Markus Reşfordu “Mançester Yunayted”dən tam transfer etməyi planlaşdırmır.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Kataloniya klubu futbolçunun satınalma opsiyasını aktivləşdirməmək qərarına gəlib. Klub daxilində hesab olunur ki, Reşford komandanın əsas forvardı Rafinyanın yoxluğunda təqdim olunan şanslardan maksimum yararlana bilməyib.

Bildirilir ki, ingiltərəli hücumçu xüsusilə Çempionlar Liqasının 1/4 finalında “Atletiko” ilə oyunlarda özünü göstərə bilməyib və bu, onun gələcək taleyinə təsir edib. İndi “Barselona” hücum xəttinin gücləndirilməsi üçün digər variantlara yönəlməyi planlaşdırır.

Reşford hazırda “Barselona”da icarə əsasında çıxış edir və onun satınalma dəyəri təxminən 30 milyon avro təşkil edir.

Cari mövsümdə hücumçu bütün turnirlərdə 43 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

“Real”a inqilab lazım deyil”
  • İspaniya L.L.
  • 23:48 21.04.2026
“Real”a inqilab lazım deyil”
“Ulduz olmaq böyük məsuliyyətdir”
  • İspaniya L.L.
  • 23:42 21.04.2026
“Ulduz olmaq böyük məsuliyyətdir”
 “Valensiya” xal itirdi
  • İspaniya L.L.
  • 23:28 21.04.2026
“Valensiya” xal itirdi
 “Atletik”ə bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:26 21.04.2026
“Atletik”ə bir qol bəs etdi
Flik “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 22:54 21.04.2026
Flik “Barselona”da qalmaq istəyir