6 iyun 2026. Şənbə

“Atletik”ə bir qol bəs etdi


 “Atletik”ə bir qol bəs etdi

İspaniya La Liqasının 33-cü turunda “Atletik” öz meydanında “Osasuna”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Bilbao təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0. Oyunun yeganə qolu 16-cı dəqiqədə Qorka Qurusetanın adına yazılıb. “Atletik” üstünlüyü davam etdirsə də, hesabı artırmaq mümkün olmayıb.

57-ci dəqiqədə “Osasuna” bərabərlik şansını əldə edib. Ante Budimir penaltidən yararlansa da, zərbəni qola çevirə bilməyib və hesab dəyişməyib.

Görüşün sonlarında “Atletik” azlıqda qalıb – Mikel Xaurehisar qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbədən sonra Bilbao klubu xallarını 41-ə yüksəldərək turnir cədvəlində 9-cu pilləyə qalxıb. “Osasuna” isə 39 xalla 10-cu yerdə qərarlaşıb.







İspaniya L.L.

Gənc ulduz kumirini açıqladı
  • İspaniya L.L.
  • 21:59 03.06.2026
Gənc ulduz kumirini açıqladı