- İspaniya L.L.
- 23:55 21.04.2026
İspaniya La Liqasının 33-cü turunda “Malyorka” öz meydanında “Valensiya”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Birinci hissədə hər iki komanda hücumlar etsə də, hesab açılmayıb. Fasilədən dərhal sonra 49-cu dəqiqədə Sərxi Darderin ötürməsindən sonra Samu Koşta fərqlənərək “Valensiya”nı önə çıxarıb.
“Valensiya” üstünlüyünü qoruya bilməyib və “Malyorka” oyunun sonuna yaxın bərabərlik qolunu vurub. Xavi Qerranın ötürməsindən sonra Umar Sadiq fərqlənərək komandasını məğlubiyyətdən xilas edib.
Bu nəticədən sonra “Malyorka” xallarını 35-ə çatdıraraq turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. “Valensiya” isə 36 xalla 13-cü yerdə yer alır.