22 aprel 2026. Çərşənbə

“Barselona”da Şesninin əvəzlənməsi üçün üç namizəd açıqlanıb


“Barselona”da Şesninin əvəzlənməsi üçün üç namizəd açıqlanıb

“Barselona” yay transfer dövründə qapıçı mövqeyində dəyişiklik etməyi planlaşdırır.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, Kataloniya klubunda hesab olunur ki, komanda Voyçex Şesninin əvəzinə yeni əsas qapıçı transfer etməlidir.

İddia olunan namizədlər arasında “Real Sosyedad”ın qapıçısı Aleks Remiro, eləcə də icarədə “Elçe”də çıxış edən İnyaki Penya yer alır. Lakin Penyanın baş məşqçi Hans-Diter Fliklə keçmişdə yaşadığı nizam-intizam problemi onun geri dönüşünü sual altında qoyur.

Bundan əlavə, əsas komandanın qapı xəttinə akademiya üzvü Dieqo Koçenin cəlb olunması da nəzərdən keçirilir. 20 yaşlı qapıçı artıq iki mövsümdür ki, mütəmadi olaraq əsas komanda ilə məşqlərə çıxır.

Qeyd olunur ki, “Barselona” zədə səbəbindən bərpa prosesində olan Mark-Andre ter Ştegeni də satışa çıxarmağa hazırlaşır.







İspaniya L.L.

“Real”a inqilab lazım deyil”
  • İspaniya L.L.
  • 23:48 21.04.2026
“Real”a inqilab lazım deyil”
“Ulduz olmaq böyük məsuliyyətdir”
  • İspaniya L.L.
  • 23:42 21.04.2026
“Ulduz olmaq böyük məsuliyyətdir”
 “Valensiya” xal itirdi
  • İspaniya L.L.
  • 23:28 21.04.2026
“Valensiya” xal itirdi
 “Atletik”ə bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:26 21.04.2026
“Atletik”ə bir qol bəs etdi
Flik “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 22:54 21.04.2026
Flik “Barselona”da qalmaq istəyir