- İspaniya L.L.
- 23:55 21.04.2026
“Barselona”nın gənc ulduzu Lamin Yamal futbolçuların gənc nəsil qarşısında məsuliyyəti barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, ispan futbolçu bildirib ki, tanınmış oyunçular yalnız meydandakı performansla deyil, həm də davranış və açıqlamaları ilə nümunə olmalıdırlar:
“Anlamaq çətindir ki, ulduz olmaq həm də məsuliyyətdir və səhv etmək olmaz, çünki çox sayda uşaq sizə baxıb örnək götürür. Bunu nəzərə alsam da, bəzən səhvlər edəcəyəm, axı mənim hələ 18 yaşım var”, – deyə o bildirib.
Qeyd edək ki, 2025/2026 mövsümündə Yamal 44 oyuna çıxıb, 23 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun bazar dəyəri 200 milyon avro olaraq göstərilir.