- İspaniya L.L.
- 23:07 22.04.2026
Hücumçu Ferran Torresin cari mövsüm başa çatdıqdan sonra “Barselona”dan ayrıla bilər.
90deqiqe.Az-ın “The Telegraph”a istinadən məlumatına görə, Kataloniya təmsilçisi futbolçunu satmaq qərarı verib və onun keçidi ilə bağlı təklifləri dinləməyə hazırdır. Ferranla yeni müqavilə üzrə danışıqlar aparılmır.
Ferran Torres 2022-ci ildə “Mançester Siti”dən “Barselona”ya 55 milyon avro qarşılığında keçid edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
Cari mövsümdə hücumçu bütün yarışlarda “göy-qırmızılar”ın heyətində 44 oyuna çıxıb, 19 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.