- İspaniya L.L.
- 23:56 22.04.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yay transfer pəncərəsində komandanın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano çalışdırıcının dediklərini belə çatdırıb.
“Transfer bazarında düzgün qərarlar verməliyik, bu istiqamətdə Deku ilə birlikdə çalışırıq. Səhvlərə yol verməməliyik. Gənc komandamız var və yaxşı strukturumuz mövcuddur”, – deyə Flik bildirib.
“Barselona” İspaniya La Liqasında liderdir və 31 oyundan sonra 79 xal toplayıb. Kataloniya klubunun ən yaxın izləyicisi Madrid “Real”ıdır və aradakı xal fərqi 6-dır. Qeyd edək ki, “Barselona” bir oyun az keçirib.