24 aprel 2026. Cümə

“Real”da ciddi itki


“Real”da ciddi itki

Madrid “Real”ının müdafiəçisi Eder Militao zədə səbəbindən ən azı 2 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “ESPN” məlumat yayıb.

Braziliyalı müdafiəçisinin bud arxa əzələsində problem aşkarlanıb. Həkim rəylərinə əsasən, futbolçu cari klub mövsümünün qalan hissəsini buraxacaq.

Bununla belə, futbolçunun ətrafı onun vəziyyətinin qarşıdakı dünya çempionatında iştirakına mane olmayacağını bildirir. Məlumata görə, braziliyalı müdafiəçi turnirin iştirak ərizəsinə daxil ediləcək.

Qeyd edək ki, mundial iyun–iyul aylarında ABŞ, Meksika və Kanadada keçiriləcək.

28 yaşlı futbolçu cari mövsümdə klub səviyyəsində 21 oyunda meydana çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb və 4 sarı vərəqə alıb.

Məlumata əsasən, Militao yaxın günlərdə əlavə tibbi müayinədən keçəcək və reabilitasiya prosesi daha dəqiq müəyyənləşdiriləcək.







İspaniya L.L.

 “Sevilya” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 23:15 23.04.2026
“Sevilya” səfərdə uduzdu
“Real”da ciddi itki
  • İspaniya L.L.
  • 22:06 23.04.2026
“Real”da ciddi itki