16 iyun 2026. Çərşənbə axşamı

“Barselona”nın hücumçusu mövsümün qalan hissəsini buraxacaq


“Barselona”nın hücumçusu mövsümün qalan hissəsini buraxacaq

“Barselona” klubunun hücumçusu Lamin Yamal cari mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə,  La Liqanın “Selta” ilə (1:0) matçından sonra vingerin bud arxa əzələsində zədə aşkarlanıb və bu səbəbdən futbolçu mövsümü vaxtından əvvəl başa vurub.

Kataloniya təmsilçisi bildirib ki, gənc futbolçunun 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər tam bərpa olunması planlaşdırılır. Turnir iyun ayında start götürəcək.

18 yaşlı oyunçu cari mövsümdə İspaniya çempionatında 28 oyuna çıxaraq 16 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Çempionlar Liqasında 10 oyunda 6 qol və 4 məhsuldar ötürmə edib.

Futbolçunun “Barselona” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Onun bazar dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.







İspaniya L.L.

Rafa Mirə 8,5 il həbs cəzası verildi
  • İspaniya L.L.
  • 20:36 15.06.2026
Rafa Mirə 8,5 il həbs cəzası verildi
Xedira "Real Madrid"ə qayıdır
  • İspaniya L.L.
  • 12:22 15.06.2026
Xedira "Real Madrid"ə qayıdır
Salqado Yamalı Messi ilə müqayisə etdi
  • İspaniya L.L.
  • 22:27 13.06.2026
Salqado Yamalı Messi ilə müqayisə etdi