8 iyun 2026. Bazar ertəsi

“Real” Arda Gülərin zədəsi ilə bağlı açıqlama yaydı


“Real”  Arda Gülərin zədəsi ilə bağlı açıqlama yaydı

Madrid “Real”ının futbolçusu Arda Gülər zədə səbəbindən mövsümün sonuna qədər yaşıl meydanlardan kənar qala bilər.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, klubun tibbi heyəti tərəfindən aparılan müayinələr nəticəsində futbolçunun sağ ayağının bud arxa əzələsində əzələ zədəsi aşkarlanıb.

Bildirilir ki, bu zədə səbəbindən türkiyəli yarımmüdafiəçi cari mövsümdə bir daha meydana çıxmaya bilər.

Eyni zamanda qeyd olunur ki, futbolçunun qarşıdakı dünya çempionatına qədər tam bərpa olunması planlaşdırılır.

Arda Gülər cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə 50 oyunda iştirak edib, 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

Peres yenidən "Real"a prezident seçildi
  • İspaniya L.L.
  • 00:28 08.06.2026
Peres yenidən "Real"a prezident seçildi