- İspaniya L.L.
- 23:15 23.04.2026
İspaniya La Liqasının 2025/2026 mövsümünün 33-cü turunda “Levante” ilə “Sevilya” arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Valensiya şəhərində yerləşən “Syudad de Valensiya” stadionunda baş tutub. Oyunu baş hakim Xose Sançes Martines idarə edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda ilk qol 38-ci dəqiqədə vurulub. “Levante”nin hücumçusu İvan Romero fərqlənib. Daha əvvəl, 4-cü dəqiqədə videohakim sistemi “Sevilya”nın qapısına təyin olunmuş penaltini ləğv edib. 81-ci dəqiqədə isə eyni qərar qonaqların xeyrinə təyin olunan 11 metrlik zərbə ilə bağlı verilib. 90+4-cü dəqiqədə Romero ikinci qolunu vuraraq dubl edib.
“Levante” 32 oyundan sonra 32 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb və aşağı liqaya düşmə zonasında yer alır. “Sevilya” isə 34 xalla 17-ci sıradadır. Komandanın təhlükəli zonadan üstünlüyü cəmi bir xaldır.