25 aprel 2026. Şənbə

Demikelis La Liqada ayın ən yaxşı məşqçisi seçildi


Demikelis La Liqada ayın ən yaxşı məşqçisi seçildi

“Malyorka”nın baş məşqçisi Martin Demikelis aprel ayı üzrə La Liqanın ən yaxşı məşqçisi seçilib.

 90deqiqe.Az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Ay ərzində komanda məğlubiyyətlə üzləşməyib, 3 oyunda 2 qələbə qazanıb. “Real Madrid” üzərində 2:1 hesablı qələbədən sonra “Rayo Valyekano” 3:0 hesabı ilə məğlub edilib, “Valensiya” ilə görüş isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Yekun səsvermədə Demikelis “Real Oviedo”nun məşqçisi Almadanı və “Barselona”nın baş məşqçisi Hansi Fliki qabaqlayıb.

Qeyd edək ki, aprelin 25-də “Alaveş” ilə keçirilən oyun səsvermədə nəzərə alınmayıb. Həmin qarşılaşmadan əvvəl “Malyorka” 35 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Demikelis komandaya martın əvvəlində rəhbərlik etməyə başlayıb və mövsümün sonunadək müqavilə imzalayıb. O, daha əvvəl “Monterrey”, “River Pleyt” komandalarında, həmçinin "Bavariya" klubunun gənclər və ikinci heyətində çalışıb.







İspaniya L.L.

“Real” 30 milyonluq təklifi rədd etdi
  • İspaniya L.L.
  • 18:40 25.04.2026
“Real” 30 milyonluq təklifi rədd etdi
 “Sevilya” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 23:15 23.04.2026
“Sevilya” səfərdə uduzdu
“Real”da ciddi itki
  • İspaniya L.L.
  • 22:06 23.04.2026
“Real”da ciddi itki