- İspaniya L.L.
- 18:40 25.04.2026
“Real Madrid”in müdafiəçisi Fran Qarsiya qış transfer pəncərəsində komandadan ayrıla bilərdi.
90deqiqe.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasını təmsil edən klublardan biri 26 yaşlı futbolçu üçün Madrid təmsilçisinə 30 milyon avro təklif edib.
Oyunçu “Real”dan ayrılmağa razılıq verib, həmçinin klubun nümayəndələrindən Alvaro Arbeloa da bu transferə “yaşıl işıq” yandırıb.
Lakin klub prezidenti Florentino Peres təklifi qəti şəkildə rədd edib və hətta ona baxmadan geri çevirib. O, bu qərarı şəxsi prinsipləri ilə əsaslandırıb.
Peresin strategiyası aydındır – Madrid klubu qış transfer pəncərəsində nə futbolçu alır, nə də satır.