25 aprel 2026. Şənbə

“Qələbəni yalnız iş bitəndən sonra qeyd etmək olar”


“Qələbəni yalnız iş bitəndən sonra qeyd etmək olar”

İspaniya La Liqasında lider "Barselona" növbəti turdan sonra “Real Madrid” ilə xal fərqini 11-ə yüksəldib.

90deqiqe.Az-ın məlumatına görə, "Barselona"nın baş məşqçisi Hans-Diter Flik “Xetafe” üzərində qələbədən sonra açıqlama verib:

“Biz öz oyunumuzu oynamaq istəyirdik. Meydanda və topsuz vəziyyətdə gördüklərimdən məmnunam. Diqqətli idik və yaxşı çıxış etdik. ‘Real’la xal fərqi? Hesablamaları unuduram. Vacib olan bu gündür. Digər oyunlar barədə düşünmək lazım deyil. Qələbəni yalnız iş bitəndən sonra qeyd etmək olar”.

Qeyd edək ki, Kataloniya təmsilçisi artıq növbəti turda – “Osasuna” üzərində qələbə və “Real”ın xal itirməsi halında çempionluğu rəsmiləşdirə bilər.

Əlavə edək ki, “Barselona” və “Real Madrid” arasında növbəti qarşılaşma 10 mayda "Kamp Nou"da keçiriləcək.







İspaniya L.L.

“Real” 30 milyonluq təklifi rədd etdi
  • İspaniya L.L.
  • 18:40 25.04.2026
“Real” 30 milyonluq təklifi rədd etdi
 “Sevilya” səfərdə uduzdu
  • İspaniya L.L.
  • 23:15 23.04.2026
“Sevilya” səfərdə uduzdu
“Real”da ciddi itki
  • İspaniya L.L.
  • 22:06 23.04.2026
“Real”da ciddi itki