- İspaniya L.L.
- 23:09 25.04.2026
İspaniya La Liqasının 32-ci turunda “Valensiya” doğma meydanda “Jirona”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə tərəflər fərqlənə bilməsələr də, fasilədən sonra oyun daha dinamik məcraya keçib.
Matçın 51-ci dəqiqəsində Larci Ramazani “Valensiya”nı hesabda önə çıxarıb. 60-cı dəqiqədə isə Umar Sadik Xose Luis Qayanın ötürməsindən sonra fərqi artırıb.
Qonaqlar 63-cü dəqiqədə Xoel Rokanın qolu ilə hesab arasındakı fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər.
Bu nəticədən sonra “Valensiya” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlində 11-ci pilləyə yüksəlib. “Jirona” isə 38 xalla 14-cü yerdə qərarlaşıb.